Erməni vəhşiliyini sübut edən yeni mənbə
28 Avqust 2010 Şənbə 17:55
Qarsda daha bir kütləvi insan məzarlığı aşkar olunub.
Türkiyədə erməni vəhşiliyinin yeni ünvanı aşkar olunub. Qars vilayətində ermənilərin qətlə yetirdiyi 180 insanın kütləvi məzarlığı aşkar edilib. Türklər 1918–ci ildə erməni daşnak quldur dəstələri tərəfindən kütləvi surətdə qətlə yetiriliblər.

Məzarlığın qazılaraq öyrənilməsi işlərinə arxeoloq alimlər cəlb ediliblər. Qarsın Arpaçay kəndində tapılan kütləvi məzarlığın öyrənilməsi işi davam etdirilir və məzarlıqdan tapılan 64 türkün kimliyi məlumdur, qalanlarının adları və hansı nəslə mənsub olmaları məlum deyil.

Qarslı 77 yaşlı Qurban İlqar bildirib ki, onun babası və dədələrinin söylədiklərinə görə, 1918-ci ildə daşnaklar türk kəndlilərini kütləvi surətdə qətlə yetirib, onların qanını kəndin yanından axan Qars çayına axıdıblar.
Qarslılar məzarlıqdakı şəhidlərin öz doğulduqları kəndlərdə dəfn edilməsi və orada bir anıt məzarlığı yaradılmasını istəyirlər.

Qars tarix muzeyinin müdiri Nəcməddin Alpın sözlərinə görə, Qarsda erməni vəhşiliyinin şahidi olan 3 məzarlıq, 82 kənd var.

Nəcməddin Alp Kiçik Çatma kəndində aşkar olunmuş məzarlıqda anıt qəbri inşa olunacağını bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar