Erməni-türk protokolları Türkiyə parlametinə geri qaytarılıb?
24 Sentyabr 2011 Şənbə 17:06
Türkiyə Nazirlər Şurasının bu sənədlərə yenidən baxacağı gözlənilir.
Türkiyə Nazirlər Şurası Türkiyə-Ermənistan protokollarını yenidən parlamentə geri qaytarıb.
ANS PRESS-in erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, protokolları parlamentə geri qaytarmaqla Ankara İrəvana mesaj göndərmiş olub.

Məlumata görə, Türkiyə hökuməti erməni-türk protokolları da daxil olmaqla, 171 beynəlxalq müqavilə və 166 razılaşmanı bərpa etmək qərarına gəlib.

Qeyd edək ki, Türkiyə parlamentinin daxili nizamnaməsinə uyğun olaraq konkret qanunvericilik mərhələsinin gedişatında təsdiqini tapmayan qanun layihələri etibarsız (qüvvədən düşmüş) hesab olunur. Bununla da, Türkiyə-Ermənistan protokolları parlamentin yeni çağırışının gündəliyindən geri çağırılmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar