Erməni soyqırımı qətnaməsi Nümayəndələr Palatasına göndərilib
18 Dekabr 2010 Şənbə 13:25
İş günləri uzadıldığından layihənin müzakirəyə çıxarılacağı ehtimalı qalıb
ABŞ-da "erməni soyqırımı"nın tanımasını nəzərdə tutan “qanun layihəsi” bu gün Konqresin Nümayəndələr Palatasına göndərilməyib. Bu barədə Türkiyənin “Habertürk” saytı xəbər verib.
Ancaq Konqresdə iş günlərinin uzadılması səbəbindən qanun layihəsinin palataya göndərilməsi ehtimalı hələ tam aradan qalxmayıb. Əslində qanun layihəsinin yenidən gündəmə gəlməsinə səbəb ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin 2011-ci ilin yanvarında yerini respublikaçı Con Beynerə verməmiş qətnamənin Palatanın Rəyasət Heyətində müzakirəyə çıxarılmasını istəməsidir. O, dünən Nümayəndələr Palatasında qətnaməni 48 saat ərzində müzakirəyə çıxarmağa çalışacağını bildirib.
Konqresin 2010-cu il üçün nəzərdə tutulan fəaliyyətinin bu gün başa çatacağı gözlənilsə də, Senat və Nümayəndələr Palatasında bəzi qanun layihələrinin hələ səsverməyə çıxarılmaması səbəbindən bu müddət 21 dekabr tarixinədək uzadılıb.
Dekabrın 21-ə qədər işinə ara verən Nümayəndələr Palatasının çərşənbə axşamından sonra da neçə gün işləyəcəyi bilinmir. Ancaq Palata işini davam etdirəcəyi günlərdə qondarma soyqırım qətnaməsinin müzakirəyə çıxarılacağı ehtimalı qalır.
Qeyd edək ki, qətnamə Nümayəndələr Palatasında qəbul edilsə belə, tövsiyyə xarakteri daşıyacaq. Başqa sözlə desək, qanun qəbul edilsə belə, ABŞ prezidenti Barak Obamanın və dövlətin, bu tövsiyəyə riayət etməsi məcburi deyil.
DOSTLARINLA PAYLAŞ: