“Erməni soyqırımı”nı inkar edən dərsliklər proqramdan çıxarılır?
14 Avqust 2010 Şənbə 13:35
ABŞ Federal Məhkəməsi “soyqırım”ın tədrisi barədə qərar verib.
ABŞ Federal Appelyasiya Məhkəməsinin çıxardığı qərara əsasən Massaçusets ştatındakı ictimai məktəblərdə I Dünya müharibəsi zamanı ermənilərə qarşı “soyqırım” törədildiyini inkar edən dərsliklər tədris proqramından çıxarıla bilər.

Beləliklə bu qərar aşağı instansiyalı məhkəmənin 1999-cu ildə çıxardığı qərarı təsdiq etmiş olur. Həmin qərarda on minlərlə erməninin guya Osmanlı türkləri tərəfindən qətlə yetirilməsini sual altına alan informasiyanın proqramdan çıxarılması dəstəklənmişdi.

O zaman bununla əlaqədar olaraq Amerika Türk Assosiasiyaları Assamblyeası məhkəməyə müraciət etmişdi. Assambleya vəkilləri tədirs materialının çıxarılmasını senzura kimi dəyərləndirmişdi. Vəkillər həmçinin deyirdilər ki, 1915-23-cü illər arasında ermənilərin “soyqırımı”nı müasir türk perspektivindən görmək həmin hadisələrin daha balanslı şəkildə öyrənilməsinə töhfə verərdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar