Erməni səfirlər Qarabağa səfər edəcək
01 Sentyabr 2009 Çərşənbə Axşamı 12:56
Bu gün İrəvanda Ermənistan XİN və ölkənin xaricdəki diplomatik nümayəndəlik rəhbərlərinin illik toplantısı başlayır
Bu gün İrəvanda Ermənistan Xarici İşlər Nazirliyi mərkəzi aparatı və ölkənin xaricdəki diplomatik nümayəndəlik rəhbərlərinin illik toplantısı öz işinə başlayacaq. ANS PRESS xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN mətbuat xidməti yayıb. İclasın əvvəlində Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı gözlənilir.
Toplantı iştirakçıları Ermənistan parlamentinin spikeri Ovikom Abramyan, baş nazir Tiqran Sarkisyan, Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan, diaspor üzrə nazir Qranuş Akopyan və mədəniyyət naziri Asmik Poqosyanla görüşəcəklər.
Sentyabrın 3-də Ermənistanın diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edəcəklər. Onların orada Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşü nəzərdə tutulur.
Bu gün erməni səfirlər İrəvandakı ali məktəblərdə “Ermənistan və xarici dünya” mövzusunda mühazirə də oxumalıdırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar