Erməni rəis Bakıya gələsi olmadı
05 Aprel 2014 Şənbə 14:03
MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin iştirakı rəsmi şəkildə təsdiq edilməyib.
Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin iştirakı rəsmi şəkildə təsdiq edilməyib.
ANS PRESS-in məlumatına görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan deyib. Onun sözlərinə görə, MDB Müdafiə Nazirləri Şurası katibliyi Ermənistan nümayəndə heyətinin qəbuluna hazırlıqla bağlı Azərbaycan tərəfindən hələ də nə şifahi, nə də yazılı təsdiq almayıb.
Xatırladaq ki, aprelin 7-8-də Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası keçiriləcək. İclasda Ermənistanı ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturovun təmsil edəcəyi bildirilirdi.
DOSTLARINLA PAYLAŞ: