Erməni mətbuatı: “Şuşa heç vaxt erməni şəhəri olmayıb”
07 May 2011 Şənbə 17:32
Ermənistan hakimiyyəti Şuşanı işğal edənləri niyə həbsə atıb?
Mayın 8-də daim Azərbaycan torpağı olmuş və hər zaman Azərbaycan torpağı olaraq qalacaq Şuşanın itirilməsindən, Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalından 19 il keçir. Nə qədər acı olsa da, biz artıq 19 ildir ki, əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağın dilbər güşəsi olan Şuşasızıq. 19 ildir ki, Şuşaya həsrət qalmışıq, ora gedən və oradan gələn yollarımız bağlanıb.

Ermənistanın “Armtoday” agentliyi özü də etiraf edir ki, ermənilər və Ermənistan hakimiyyəti nə qədər çalışsa da Şuşanı bu 19 ildə erməniləşdirə bilməyib. Necə deyərlər, Şuşanı sözdə “Şuşi” ediblər. Əməldə və reallıqda Şuşa hələ də Azərbaycan şəhəri olaraq qalıb. Necə ki, hər zaman Azərbaycan şəhəri olub, olacaq da. Baxmayaraq ki, üstündən 19 il keçib...

Erməni mətbuatı yazır ki, bu 19 ildə Şuşa real olaraq erməni şəhəri ola bilməyib. Onlar nə qədər çalışsalar da ermənilər bura heç bir maraq göstərmirlər, orada məskunlaşmaqdan vaz keçirlər. Sanki bilirlər ki, Şuşa onların deyil və heç zaman onların olmayacaq.

Hətta erməni mətbuatı etiraf edir ki, Şuşanın “azad edilməsində”, Şuşanın işğalında iştirak etmiş komandirlərdən biri Sasun Milaelyan adlı birusi hazırda həbsdədir. Onlar yazır ki, hazırki Ermənistan hakimiyyəti onu həbsə atdırıb. Hətta onun tutulması və Şuşanın “azad edilməsi” onlar üçün heç də bayram deyil. Erməni mətbuatı etiraf edir ki, Şuşanın “azad edilməsi” özü formal xarakter daşıyır.

Hətta erməni mətbuatı yazır ki, bütün bunların səbəbkarı isə hazırki Ermənistan hakimiyyətidir. Bütün bunları yerinə qoymaq üçün bu yalançı, saxtakar hakimiyyət istefa verməlidir. Daha doğrusu, devrilməlidir. Çevriliş olmalıdır... ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar