Erməni məmurlar Azərbaycanda
09 Avqust 2014 Şənbə 20:41
Baş nazir və müdafiə nazirinin gecə Qarabağda qalacaq.
Ermənistanın baş naziri Ovik Abramyan, müdafiə naziri Seyran Ohanyan və bir sıra deputat Dağlıq Qarabağa gəliblər.
ANS PRESS-in "Yerkramas"a istinadla verdiyi məlumata görə, Abramyan və Ohanyanın başçılıq etdiyi nümayəndə heyəti Dağlıq Qarabağda hərbi hissələrə baş çəkərək əsgərlərlə görüşəcək.
Baş nazir və müdafiə nazirinin gecə bölgədə qalacağı bildirilir.
Qeyd edək ki, son vaxtlar cəbhədə baş verən döyüşlərdən sonra Ermənistan hökumətinin rəsmiləri Azərbaycanla sərhəddə yerləşən kəndlərə və Dağlıq Qarabağa səfər edirlər. Onlar son döyüşlərdə təşvişə düşmüş əsgər və kənd sakinlərinə ruh yüksəkliyi verməyə çalışırlar.
DOSTLARINLA PAYLAŞ: