Erməni kəşfiyyatçısı yaxalanıb
13 Sentyabr 2010 Bazar Ertəsi 18:00
Erməni hərbçisi cəbhənin şimal-qərb istiqamətində ələ keçirilib.
Sentyabrın 11-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Ermənistanla cəbhənin şimal-qərb istiqamətində təmas xəttində Azərbaycan tərəfinə keçmiş təxribat qrupunun bir nəfər üzvü yaxalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə veriolən məlumata görə, sentyabrın 11-də təxminən saat 17.00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun növbəti hiyləsi də dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaıçmağa başlasalar da, onlardan biri yaxalanıb. Kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə Manvel Mamikonoviç Sarıbekyan saxlanılıb.

Onunla aparılan ilkin söhbət nəticəsində aydınlaşıb ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub. Hazırda təxribatın detalları üzərində araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar