Erməni əsgərləri bir-birini güllələyib
02 Mart 2010 Çərşənbə Axşamı 16:50
Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulması və Azərbaycan hərbçiləri tərəfindən bir erməni əsgərinin vurularaq öldürülməsi barədə Ermənistan tərəfinin iddiasını təkzib edib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını deyib: “Əldə etdiyimiz məlumatlara görə, Sarkis Voskanyan səngərdə erməni əsgərləri arasında baş verən atışma nəticəsində ölüb. Hadisə zamanı bir erməni əsgəri də ağır yaralanıb. İrəvan mərkəzi hospitalının bir qrup həkimi yaralı əsgəri xilas etmək məqsədilə cəbhə bölgəsinə ezam olunub. Baş vermiş olayla bağlı Ermənistan Hərbi Prokurorluğunda cinayət işi başlanıb, üç nəfər həbs edilib”.


Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Çinari kəndi yaxınlığında Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində pulemyot bölməsinin komandiri, müqavilə əsasında xidmət edən 29 yaşlı kiçik serjant Sarkis Voskanyanın başından güllə yarası alaraq həlak olduğunu açıqlayıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar