Erməni deputat AŞPA tribunasında Azərbaycan torpaqlarının işğal edildiyini təsdiqləyib
26 Yanvar 2013 Şənbə 20:59
Pedro Aqramunt bunun rəsmi etiraf olduğunu və bir daha həqiqətən də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin fakt olduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb.
AŞPA-nın Strasburqda keçirilmiş qış sessiyasında Ermənistan nümayəndə heyətinin üzvü Azərbaycan torpaqlarını işğal etdiklərini təsdiqləyib.
AzərTAc xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Əli Hüseynli deyib.
Ə.Hüseynli AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt sessiya zamanı çıxış edərək Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, bu işğal nəticəsində bir milyondan çox insanın doğma torpaqlarından didərgin düşdüyünü bildirib. Çıxış zamanı Ermənistandan olan deputatlar və onların havadarları Pedro Aqramuntun sözünü kəsməyə çalışıblar. Ən maraqlısı isə o olmuşdur ki, ermənistanlı deputat çıxış edərək demişdir ki, səslənən rəqəmlər şişirdilib. İşğal olunmuş torpaqlar 20 deyil 14 faiz təşkil edir, qaçqın və məcburi köçkünlərin sayı isə 700 minə qədərdir.
P.Aqramunt isə dərhal onlara cavab olaraq bunun rəsmi etiraf olduğunu və bir daha həqiqətən də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin fakt olduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb. Erməni deputatın etirafı təkcə özlərini deyil, havadarlarını da pis vəziyyətə salıb.
DOSTLARINLA PAYLAŞ: