Erməni ailəsi cəzalandırılacaq
10 Mart 2015 Çərşənbə Axşamı 09:34
Ailə üzvləri sərhədi qanunsuz keçməkdə ittiham olunurlar.
Ermənistan milli təhlükəsizlik nazirliyi daha əvvəl könüllü olaraq Azərbaycana sığınan və sonradan erməni tərəfə qaytarılan Gevorkyan ailəsi barədə cinayət işi açlb.

ANS PRESS-in məlumatına görə, Arminfo nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, cinayət işi məcəllənin 329-cu Ermənistan sərhədini lazım olan sənəd və icazə olmadan keçmə bəndinə əsasən qaldırılıb.

Maddəyə görə maksimum azadlıqdan məhrum edilmə 3 ildir.

Qeyd edək ki, 2010-cu ildə Ermənistan vətəndaşları, bir ailədən olan Eqişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar Naxçıvan Muxtar respublikası ilə sərhədi aşaraq Azərbaycana sığınıblar. 2014-cü ilin dekabrında Azərbaycan Beynəlxalq Qırmızı xaç komitəsinin vasitəçiliyi ilə Gevorkyan ailəsini Ermənistana qaytarmışdı.



DOSTLARINLA PAYLAŞ:

oyunlar