"Erməni açılımı"nın daha bir gizli tərəfi üzə çıxdı
03 Sentyabr 2009 Cümə Axşamı 02:05
"Star qəzeti": "Ermənistan "Nabukko" layihəsinə qoşula bilər"
Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin bərpasını nəzərdə tutan protokollar parlamentlər səviyyəsində təsdiqlənsə, regionda enerji tarazlıjı dəyişcək. ANS PRESS xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Star” qəzeti ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyindəki mənbəyə istinadən yayıb. Qəzetin iddiasına görə, protokolun qəbul edilməsindən sonra “Nabukko” layihəsində texniki dəyişikliklər baş verəcək və Avropa Birliyi (AB) həmin boru kəmərinin Gürcüstandan yox, Ermənistandan keçməsini tələb edəcək.
Məlumata görə, AB uzun müddətdir “Nabukko” layihəsinə Ermənistanı da qoşmaq etmək istəyir. Xüsusilə Fransanın bu istiqamətdə böyük təzyiqlər göstərdiyi bildirilir. AB Bakı-Tiflis-Ceyhan ixrac boru kəmərinin Gürcüstandan keçdiyini bildirir, Rusiyanın bu ölkəyə müdaxiləsi səbəbi ilə ikinci bir layihənin də bu ölkədən keçməsini risk hesab edir. Bu səbəblə də enerji layihələrində Ermənistan alternativ ölkə kimi qiymətləndirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar