Ərdoğandan Mübarəkə növbəti mesaj
02 Fevral 2011 Çərşənbə 16:25
Ərdoğan: “Misir prezidentinin xalqa verdiyi vədlər yetərsizdir”
Qırğızıstanda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan da Misir prezidenti Hüsnü Mübarəkin xalqa müraciətinə münasibət bildirib. O prezidentin verdiyi vədlərin yetərli olmadığını deyib.

“Bu açıqlama yüz minlərlə insanın toplaşdığı meydanda yetərli bir açıqlama hesab edilməyib. Artıq Mübarəkdən fərqli bir addım atmasını gözləyirlər. Xalqın gözlədiyi budur. Misirdə demokratiyanın bərqərar edilməsinə qısa vaxt ərzində başlanılmalıdır. Misirdə hazırki vəziyyət təhlükəsiz deyil, demokratiyaya keçid dövrünə girişin yol xəritəsi açıqlanmalıdır”, - deyə Türkiyənin baş naziri bildirib.

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünən də Misir hakimiyyətini xalqın tələblərini yerinə yetirməyə çağırıb. "Misirin təhlükəsizliyi və müstəqilliyi üçün əvvəlcə Siz addım atmalısız. Xalqı qane edəcək addımlar atın. Bu günün dünyasında azadlıq təxirə salına bilməz. Aylarla davam edən seçkilərin adı demokratiya ola bilməz. Misirli qardaşlarımıza da müraciət edirəm. Bütün bu müqavimət müddətində silahdan uzaq olun, amma tarixinizə, mədəniyyətinizə sahib çıxın. Sadəcə azadlığa sahib çıxmanız üçün şərəfli mübarizə aparın deyirəm", deyə baş nazir bildirmişdi.

Misir prezidenti Hüsnü Mübarək isə dünən ölkədə keçiriləcək növbəti prezident seçkisində namizəd olmayacağını açıqlayıb. Canlı yayımda çıxış edən Mübarək ölkəni kimin idarə edəcəyinə xalqın qərar verəcəyini deyib. Sentyabra qədər vəzifəsinin icrasına davam edəcəyini deyən Misir prezidenti bu ölkədə öləcəyini vurğulayıb: “Növbəti seçkidə namizəd olmayacağam. Mən Misirdə doğuldum, Misirdə yaşadım və Misirdə öləcəyəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar