Ərdoğan qondarma soyqırım tərəfdarlarını hədələdi
13 Mart 2010 Şənbə 16:55
O bildirib ki, bu qərarlar erməni-türk münasibətlərinə mənfi təsir edəcək.
Qondarma erməni soyqırımına dair qəbul edilən qərarlar Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə mənfi təsir göstərəcək. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir bəyanatla çıxış edib.
“Parlamentlər toplanır, işi-gücü bir yana buraxır, əl qaldırır, əl endirir və 95 il əvvəlin hadisələri haqqında hökm verir. Bu yanaşma elmdən, məntiqdən, rasional düşüncədən uzaqdır. Qəti deyirəm ki, bu cür qərarlar normallaşdırmaq istədiyimiz Türkiyə-Ermənistan əlaqələrinə mənfi təsir edəcək. Gələn həftənin ikinci və üçüncü günləri İsveçə həyata keçirməyi planlaşdırdığım səfərimi ləğv etdim. Türkiyəyə qarşı bu cür ikili yanaşmalar qarşısında qərarlığımızdan əsla geri addım atmayacağıq”, - deyə Ərdoğan bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: