Ərdəbildə casusluqda ittiham edilərək məhkum edilmiş azərbaycanlıların olması araşdırılır
07 Avqust 2012 Çərşənbə Axşamı 13:56
Iran tərəfi hələlik bununla bağlı Azərbaycan tərəfə rəsmi informasiya verməyib.
Azərbaycan Xarici İşlər Nazirliyi İranın Ərdəbil şəhərindəki həbsxanada bu ölkə əleyhinə casusluq fəaliyyətində ittiham olunaraq məhkum edilən azərbaycanlıların saxlanması barədə xəbəri araşdırır.

APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyindən bildiriblər. XİN-dən qeyd ediblər ki, İran tərəfi hələlik bununla bağlı Azərbaycan tərəfə rəsmi informasiya verməyib.

Xatırladaq ki, Ərdəbil vilayətinin Ümumi və İnqilab Məhkəməsinin prokuroru Yusif Xudadadi “Səhər” kanalına verdiyi açıqlamada Ərdəbil həbsxanasında 4 Azərbaycan vətəndaşı olduğunu deyib: “Onlar narkotik qaçaqmalçılığı və casusluq ittihamı ilə saxlanılıb. İran bu məhbuslarla islam dini və əxlaqının tapşırıqlarına, ölkənin qanunlarına uyğun rəftar edir.
Onlarla son dərəcə ehtiramla davranırıq. Biz onların ailələri ilə görüşməsinə icazə vermişik. Müraciət edən hər bir şəxs barəsində bu hüquqa riayət olunub”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar