Enn Dörsi səfir kimi Litvada fəaliyyət göstərəcək
06 İyun 2009 Şənbə 13:35
ABŞ-ın Azərbaycana yeni təyin ediləcək səfirinin adı hələlik bəlli deyil

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Enn Dörsi ölkəmizdəki missiyasını başa vurmaq üzrədir. O, bundan sonra Amerikanı Litvada təmsil edəcək. Səfirin ANS-ə verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obama iyunun 4-də qərar qəbul edib. Yeni səfərin adı isə hələ ki, məlum deyil.
Qeyd edək ki, Enn Dörsinin səlahiyyətlərini yeni səfirə təhvil verməsi ilə bağlı işlər bu yay yekunlaşacaq./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar