Endrü Şapiro: Azərbaycanla əməkdaşlığı daha da gücləndiririk
24 İyun 2011 Cümə 18:40
Azərbaycanla ABŞ arasında təhlükəsizliyə dair dialoq üzrə 12-ci iclas başa çatıb.
Bu gün Bakıda Azərbaycanla ABŞ arasında təhlükəsizliyə dair dialoq üzrə 12-ci iclas keçirilib. APA-nın məlumatına görə, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endrü Şapiro başçılıq edib. İclasdan sonra jurnalistlərə açıqlama verən A. Əzimov deyib ki, görüşdə ABŞ və Azərbaycan arasında təhlükəsizlik məsələləri çərçivəsində regional təhlükəsizlik, terrorizmlə mübarizə məsələləri müzakirə olunub. Həmçinin, birgə keçirilən təhlükəsizlik proqramları istiqamətində danışıqlar aparılıb. Növbəti iclasın 2012-ci ildə Vaşinqtonda keçirilməsi nəzərdə tutulub.
E. Şapiro isə deyib ki, təmsil etdiyi ölkə Azərbaycanla çox gözəl əməkdaşlığa malikdir: “İki ölkə arasında əməkdaşlığın potensialı böyükdür. ABŞ Azərbaycanla enerji təhlükəsizliyi, daxili islahatlar, Xəzərin infrastrukturu çərçivəsində əməkdaşlıqda maraqlıdır. Azərbaycanla əməkdaşlığı da daha gücləndiririk”. APA
DOSTLARINLA PAYLAŞ: