Ən təhlükəli itlərin siyahısı açıqlanıb
29 May 2009 Cümə 04:40
Daha təcavüzkar it cinsi zahirən yumşaqürəkli görünən ingilis koker-spaniyeli imiş

İspaniya alimləri uzun müddət ərzində itlərin insanlara hücumu statistikasını öyrəniblər. Tədqiqatın əsasında baytarlarla qəribə nəticəyə cəliblər-ən aqressiv it cinsi zahirən yumşaqürəkli görünən ingilis koker-spaniyelidir.
Bu cinsin nümayəndələri aqressivliyinə görə məşhur olan bulteryerləri də keçiblər. Onu da nəzərə almaq lazımdır ki, ilk baxışdan zərərsiz görünən koker-spaniyellər təkcə kənar adamlara yox, həm də öz sahiblərinə hücum edirlər.
Barselona Univerçitetindəki baytarlıq məktəbinin elmi əməkdaşı Marta Amat, 1998-2006-cı illər ərzində müxtəlif cinsdən olan itlərin təcavüzünün statistikasını aparıb. İtlərin həm kənar şəxslərə, həm də öz sahiblərinə hücumları ilə bağlı 1040 hadisə seçilib. İspaniyalı tədqiqatçılar koker-spaniellərin təcavüzkarlığını təsdiqləməklə kifayətlənməyiblər və bu cinsdən olan itlərin məhz hansı nümayəndələrinin insan üçün daha təhlükəli olduğunu araşdırıblar. Məlum olub ki, boz köpəklər daha təhlükəli olurlar.
Təcavuzkar itlərin siyahısında rotveyler, bokser, yorkşir teryerləri və alman itlərinin olması isə təəccüblü deyil. Lakin alimlər bildirirlər ki, itlərin itəcavüzkarlığında onları yanlış tərbiyə edən insanlar daha çox günahkardırlar. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar