Ən böyük zərbə Türk xalqına dəyəcək
02 İyun 2013 Bazar 22:06
Adil Əliyev: Onlar Türkiyənin güclənməsindən, inkişafından narahatdırlar.
“Son günlər Türkiyədə baş verən hadisələri hamı kimi məni narahat etməyə bilməz. Baş verən hadisələrə hər kəsin öz fikri ola bilər və ona hörmətlə yanaşmalıyıq. Yaşayanan hadisələr ürəyimizi ağrıdır. Qardaş ölkədə hansısa ürəkağrıdıcı hadisə baş verən zaman,buna ən çox üzülən Azərbaycan insanı olur”. ANS PRESS-in məlumatına görə, bunu Türkiyədə baş verən olayları şərh edərkən millət vəkili Adil Əliyev deyib.

O deyib ki, bu gün Türkiyəni istəməyən qüvvələr çoxdur. Onlar Türkiyənin güclənməsindən, inkişafından narahatdırlar və baş verə biləcək hadisələri öz maraqları üçün istifadəyə cəhd edə bilərlər. “Unutmamalıyıq ki, burada nə olacaqsa, bunun ən böyük zərbəsi Türkiyə və türk xalqına dəyəcək. Bu isə düşmənləri sevindirəcək. Amma Türkiyə güclənərsə, bütün türk dünyasının güclənməsi deməkdir. Tarixdə Osmanlı necə çökdürüldüsə, eynilə Türkiyə dövlətini çökdürməyə çalışan dövlətlər çoxdur. Bunu hamımız yaxşı bilirik”, - deyən Adil Əliyev çıxış yolunu birlik və bərabərlikdə görür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar