Emin Ağalarov “Eurovision-2012”nin interval şousunda səhnəyə çıxacaq
26 May 2012 Şənbə 00:40
Ötən axşam “Bakı Kristal zalı”nda məşq edən Emin performansının sonunda səhnədə Azərbaycan bayrağını qaldırıb
Eurovision Mahnı Müsabiqəsi 2012-nin final mərhələsinin interval şousu yarışmanın “Məşəlini alovlandır” şüarını Azərbaycan mədəniyyətnin keçmişi, bu günü və sabahının sintezi ilə səhnədə canlandırır. ANS PRESS-in Eurovision.az saytına istinadən verdiyi məlumata görə, bu şou tamaşaçılara dünyada məşhur olan Azərbaycanlı müğənni-bəstəkar Eminin təqdimatında çatdırılacaq. Onu səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan Kamera Orkestrinin 15 qadın skripkaçısı müşaiyət edəcək.
Şou Azərbaycanın qədim musiqi aləti balabanın səsi ilə başlayır. Bu performans skripkaçıların ifası ilə davam edir, daha sonra isə nağara çalanlar şouya qoşulur. Ardınca səhnədə alov püskürür. Bu isə möhtəşəm bir görüntü yaradır. Elə bu zaman Emin 20 metr hündürlükdən səhnəyə enir və "Never Enough" mahnısını ifa edir.
Bu gün final mərhələsinin məşqində çıxış edən Emin performansının sonunda səhnədə Azərbaycan bayrağını qaldırıb.
DOSTLARINLA PAYLAŞ: