Elmira Axundova: "8 mart ləğv edilsin"
01 Fevral 2010 Bazar Ertəsi 14:40
Elmira Axundova: "8 mart ləğv edilsin". Millət vəkili Zərifə Əliyevanın doğum günündə Analar günü qeyd etməyi təklif edib.
Bu gün Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. İlk iclas günü millət vəkilləri bir sıra təkliflərlə çıxış ediblər. Onlardan biridə Elmira Axundovanın təklifi olub. O, 8 mart Beynəlxalq Qadınlar Gününün ləğv edilməsini təklif edib. E.Axundova bildirib ki, Analar Gününü qeyd etmək və bunu, aprelin 28-də - dövlət başçısının anası Zərifə Əliyevanın doğum günündə etmək lazımdır.
Qeyd edək ki, yaz sessiyası fevralın 1-dən mayın 30-dək davam edəcək. Bu müddət ərzində parlamentarilər Tikinti, Şəhərsalma və Rəqabət məcəllələrini və 20-dən çox qanun layihəsini müzakirə etməlidirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: