Elmar Məmmədyarov Vilnüsdə Qarabağ münaqişəsini müzakirə edəcək
05 Dekabr 2011 Bazar Ertəsi 12:31
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşəcəyi ilə baölı dəqiq məlumat yoxdur.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Bonnda açılacaq Əfqanıstan üzrə beynəlxalq konfransda iştirak edəcək. Bu barədə XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev məlumat verib.
Konfrans çərçivəsində XİN rəhbəri müzakirələrdə iştirak edəcək və bir sıra ikitərəflı görüşlər keçirəcək.
Bundan sonra, E.Məmmədyarov dekabrın 6-7-də Vilnüsdə ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) illik iclasında iştirak edəcək. Azərbaycanın XİN rəhbəri iclas zamanı müzakirələrdə iştirak edəcək və ikitərəflı görüşlər keçirəcək. E.Məmmədyarovun ATƏT rəhbərliyi, Türkiyə, Gürcüstan, Ukrayna, Litva və bir sıra digər ölkələrdən olan həmkarları ilə danışıqları planlaşdırılıb. Nazir həmçinin Gürcüstan, Ukrayna və Moldovanın da daxil olduğu GUAM formatında görüşdə iştirak edəcək. E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gələcək yollarının müzakirəsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşməyi planlaşdırır.
Bununla belə, E.Abdullayev Vilnüsdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşəcəyi ilə bağlı məlumata malik olmadığını bildirib.
DOSTLARINLA PAYLAŞ: