Elmar Məmmədyarov Taсikistan prezidenti ilə görüşüb
19 May 2010 Çərşənbə 11:00
Elmar Məmmədyarov Taсikistan prezidenti ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər müzakirə olunub.
İslam Konfransı Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasının işində iştirak etmək üçün Düşənbəyə gedən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan prezidenti Emomali Rahmonla görüşüb. Tacikistan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri müzakirə olunub.
Məlumata görə, görüşdə əsas diqqət müxtəlif səviyyələrdə imzalanan ikitərəfli sənədlərin əməli olaraq reallaşdırılması məsələlərinə yönəldilib.
“Hər iki tərəf Azərbaycan və Tacikistan arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə tam hazır olduqlarını bildirib”, - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: