Elmar Məmmədyarov prezidentin məktubunu Medvedevə çatdırıb
18 İyul 2011 Bazar Ertəsi 15:05
Elmar Məmmədyarov prezidentin məktubunu Medvedevə çatdırıb. Məktubun detalları barədə heç bir açıqlama verilmir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov prezident İlham Əliyevin Dmitri Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məktubuna cavabını Rusiya tərəfinə təqdim edib.
Bu barədə Moskavada keçirilən mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

“Bu gün Elmar Məmmədyarov Azərbaycan prezidentinin bu təkliflərə olan cavabını təqdim etdi. Heç şübhə etmirik ki, Dağlıq Qarabağ münaqişəsinin tənzmilənməsi regionun gündəmnin əsas prioritetlərdindən biridir”,- deyə S. Lavrov əlavə edib.

Qeyd edək ki, Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov prezident İlham Əliyevin təkliflərə cavab məktubunun detalları haqda heç bir əlavə məlumat verməyib: "Detalları bütünlüklə açıqlamıram. Bu məktub prezidentimizin Dmitri Anatolyeviç Medvedevədir və onun detalları haqda danışmaq düzgün olmazdı”.
Sergey Lavrov hələlik D. Medvedevin bu məktubu oxumadığını deyib,

Elmar Məmmədyarov isə Ermənistan tərəfinin də cavabının gözləmək lazım olduğunu əlavə edib: “Ümumilikdə Azərbaycanda hesab edilir ki, Kazandakı bəyanata uyğun olaraq irəliləyiş var. Əlbəttə ki, hamı bunun sıçrayış olmasını istərdi, amma hər halda biz mütəmadi rejimdə hərəkət edirik. Hamı anlayır ki, hazırkı vəziyyət artıq heç bir həmsədr ölkəni- ABŞ, Rusiya, Fransa, eləcə də qonşularımızı qəne etmir”.

“Bu konteksdə, təbbi ki, biz irəliyə doğru addımlamalıyıq. Ərazilərin işğalı, etnik təmizləmə, qaçqın və məcburi köçkün problemləri arxada qalmalı, əməkdaşlıq, inkişaf, çiçəklənmə region, ilk növbədə isə Azərbaycan və Ermənistan üçün əsas məsələyə çevrilməlidir”, deyə Azərbaycan XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, iyul aydaın Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı və İrəvana səfər edərək prezident İlham Əliyev və Serj Saksiyan rusiya dövlət başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflərini təqdim edib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar