Elmar Məmmədyarov Küveytə yola düşüb
10 Yanvar 2011 Bazar Ertəsi 11:25
Elmar Məmmədyarov Küveytə yola düşüb. Səfərdə məqsəd hökumətlərarası komissiyanın iclasında iştirak etməkdir.
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Küveytə işgüzar səfərə yola düşüb. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, səfərdə məqsəd Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasının işində iştirak etməkdir.

İki günlük səfər çərçivəsində nazir E.Məmmədyarovun Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasında iştirakı ilə yanaşı Küveyt Dövlətinin vəliəhdi əlahəzrət Şeyx Nəvvaf Əl-Əhməd Əl-Cabir Əs-Sabah və baş nazir əlahəzrət Şeyx Nasser Əl-Məhəmməd Əl-Əhməd Əl-Cabir Əs-Sabah ilə görüşü nəzərdə tutulub.

Bununla yanaşı Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasının yekunlarına dair birgə mətbuat konfransın keçirilməsi və nazir E.Məmmədyarovun Küveytin “Ər-Ray” qəzetinə, “Sabah” televiziya kanalına müsahibə verməsi planlaşdırılıb.

Nümayəndə heyəti 11 yanvar tarixində Azərbaycana dönəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar