Elmar Məmmədyarov Əhməd Züveyli qəbul edib
11 Oktyabr 2011 Çərşənbə Axşamı 19:23
Xarici işlər naziri Elmar Məmmədyarov Nobel mükafatı laureatının rəhbərlik etdiyi nümayədə heyəti ilə görüşüb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumun iştirakçısı olan Nobel mükafatı laureatı Əhməd Züveylin rəhbərlik etdiyi nümayədə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycanda olmağından məmnunluq ifadə edən Ə.Züveyl Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkil edildiyini qeyd edərək, bu tədbirin elmin və təhsilin inkişafına mühüm töhvə olduğunu vurğulayıb.

Elmar Məmmədyarov Azərbaycanın elm və təhsilin inkişafına, xüsusilə informasiya texnologiyaları sahəsinə xüsusi diqqət yetirdiyini vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar