Elmar Məmmədyarov Çinin xarici işlər nazirini qəbul edib
17 May 2010 Bazar Ertəsi 16:20
Görüş zamanı iki ölkə arasında əlaqələrin cari vəziyyəti müzakirə olunub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tranzit yol ilə ölkəmizdən keçən Çinin Xalq Respublikasının xarici işlər naziri Yanq Yieçi qəbul edib. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan ilə Çin arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Məlumata görə, regionda cərəyan edən proseslərə toxunan nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib və münaqişənin yalnız beynəlxalq hüquq norma və prinsipləri əsasında, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qonağın nəzərinə çatdırıb.

Öz növbəsində Çinin xarici işlər naziri ölkəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü daim və birmənalı olaraq dəstəklədiyini deyib.

Çin tərəfinə tutduğu mövqeyə görə minnətdarlığını bildirən E.Məmmədyarov qeyd edib ki, Azərbaycan Tayvanı Çin ərazisinin ayrılmaz biri hissəsi kimi tanıyır.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar