Elmar Məmmədyarov BMT TŞ-nin müzakirələrində iştirak edəcək
10 Yanvar 2012 Çərşənbə Axşamı 22:52
Azərbaycanın xarici işlər naziri Nyu Yorka səfərə gedib.
Xarici işlər naziri Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurası çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə Nyu Yorkda səfərdədir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər müddəti ərzində nazir E.Məmmədyarovun 11 yanvar 2012-ci il tarixində Cənubi Afrika Respublikasının xarici işlər nazirinin sədrliyi ilə keçiriləcək Təhlükəsizlik Şurasının brifinqində və 12 yanvar 2012-ci il tarixində Cənubi Afrika Respublikasının prezidenti Yakob Zumanın sədrliyi ilə Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələrdə iştirak və çıxışları nəzərdə tutulur.
Tədbirlərdə iştirakı ilə yanaşı nazir E.Məmmədyarovun BMT Baş katibi adına Cənubi Afrika Respublikası tərəfindən verilən nahar ziyafətinə də qatılması planlaşdırılır.
Səfər çərçivəsində xarici işlər naziri E.Məmmədyarovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: