Elmar Məmmədyarov BMT-nin rezident-əlaqələndiricisini qəbul edib
12 İyun 2010 Şənbə 16:20
Görüş Fikret Akçuranın ölkəmizə yeni təyin edilməsi ilə əlaqədar baş tutub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Azərbaycan üzrə yeni rezident-əlaqələndiricisi Fikret Akçuranı qəbul edib. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, ölkəmizdə BMT-nin rezident-əlaqələndiricisi təyin olunmasından məmnun olduğunu deyən qonaq təmsil etdiyi qurumla Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu və BMT-in müxtəlif proqramlarının uğurla və səmərəli həyata keçirilməsi istiqamətdə çalışacağını bildirib.
Məlumta görə, öz növbəsində nazir E.Məmmədyarov F.Akçuranı ölkəmizə BMT-nin rezident-əlaqələndiricisi təyin olunması münasibətilə təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: