Elmar Məmmədyarov Avroparlamentin üzvü Raşida Datini qəbul edib .
21 Dekabr 2011 Çərşənbə 21:06
xarici isler nazirliyi.
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin Sənaye, Araşdırmalar və Enerji komitəsinin Fransadan olan üzvü xanım Raşida Datini qəbul edib. Bu barədə APA-ya Azərbaycan Respublikası xarici işlər nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Azərbaycana ikinci səfərindən məmnunluq ifadə edən R.Dati, ölkəmizin sürətlə inkişafının şahidi olduğunu qeyd edib.

Görüş zamanı Nazir Elmar Məmmədyarov R.Datiyə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə məlumat verib.

Tərəflər həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar