Elmar Məmmədyarov Avropa Xalq Partiyasının prezidenti ilə görüşüb
02 Mart 2010 Çərşənbə Axşamı 17:35
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Xalq Partiyasının (European People’s Party - EPP) prezidenti Vilfred Martensi qəbul edib. XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı Elmar Məmmədyarov Azərbaycanda və regionda cərəyan edən proseslər barəsində qonağa ətraflı məlumat verib. Azərbaycan ilə Avropa İttifaqı arasında sıx əməkdaşlığın mövcudluğunu qeyd edən nazir Elmar Məmmədyarov “Şərq tərəfdaşlığı təşəbbüsü”nün rolunu xüsusi vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamış qaldığını söyləyən Elmar Məmmədyarov münaqişənin həllinə dair aparılan danışıq prosesi barədə məlumat verib, Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası və doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtmasının regionda sülh və sabitliyin təmin olunması üçün başlıca şərt olduğunu qeyd edib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar