Elmar Məmmədyarov Almaniyaya səfər edəcək
25 İyun 2010 Cümə 18:25
Elmar Məmmədyarov Almaniyaya səfər edəcək. Səfər iyunun 28-30-da həyata keçiriləcək.
Xarici işlər naziri Elmar Məmmədyarovun iyunun 28-30-u tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri nəzərdə tutulub. XİN-in mətbuat katibliyindən ANS PRESS-ə verilən məlumata görə,
səfər proqramı çərçivəsində iyunun 29-da Elmar Məmmədyarovun Bundestaqın deputatları, AFR-in xarici işlər naziri Guido Vestervelle, “Körber Stiftung” fondunda elmi fondların rəhbərləri və iş adamları, AFR Kansler Aparatında Kanslerin xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoygen ilə görüşləri, eləcə də xarici siyasət məsələləri üzrə Alman Cəmiyyətində çıxışı nəzərdə tutulub.
Səfər çərçivəsində ikitərəfli, regional və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqların aparılması planlaşdırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: