Elmar Hüseynovun qətlindən 8 il ötür
02 Mart 2013 Şənbə 08:22
Jurnalisti Gürcüstan vətəndaşlarının qətlə yetirdiyi ehtimal edilir.
Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 8 il keçir. İstintaq orqanları jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal edirlər.

2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

Xatırladaq ki, Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Jurnalistə tapançadan 7 dəfə atəş açılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar