Əli Laricani:“Qarabağ münaqişəsinin həlli bütün region üçün vacibdir”
22 Fevral 2010 Bazar Ertəsi 09:20
İran parlamentinin spikeri Əli Laricani bu sözləri azərbaycanlı həmkarı Oqtay Əsədovla görüşdə bildirib
İranın xarici siyasətinin əsas prioriteti regional problemlərin həllidir. Bu barədə Tehranda səfərdə olan Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovla görüşdə İran parlamentinin spikeri Əli Laricani bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin həlli bütün region üçün vacibdir”, - deyə Laricani vurğulayıb.

Görüşdə həmçinin iki ölkə parlamentləri arasında əlaqələrin hazırkı və inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində əməkdaşlıq və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan Parlamentinin nümayəndə heyəti fevralın 20-dən İranda səfərdədir. Səfər bu gün başa çatır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar