Əli Kərimli “exit-poll”un nəticələrinə inanmır
08 Noyabr 2010 Bazar Ertəsi 00:45
AXCP-Müsavat bloku seçiklərə yekun qiyməti bu gün verəcək.
AXCP sədri, AXCP-Müsavat blokunun 31-ci Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədi Əli Kərimli “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi “exit-poll”un artıq açıqlanmış nəticələrinə inanmır. Bunu ANS PRESS-ə açıqlamasında Əli Kərimlinin özü deyib. Onun sözlərinə görə, Azərbaycanda seçkilər saxtalaşdırılıb: “Son 17 ildə biz seçkilərin həmişə saxtalaşdırıldığını görmüşük. Amma bu seçkidəki qədər saxtakarlıq heç vaxt olmamışdı. Bu, seçki deyildi, seçki adına utanc idi”.
Əli Kərimli bildirib ki, AXCP-Müsavat bloku seçkilərlə bağlı yekun rəyini bu gün saat 12.00-da açıqlayacaq.
Qeyd edək ki, “exit-poll”un nəticələrinə görə, Əli Kərimlinin namizəd olduğu seçki dairəsində başqa bir müxalifətçi namizəd - Milli Dirçəliş Hərəkatının sədri, vaxtilə eks-prezident Əbülfəz Elçibəyin yaxın silahdaşlarından olmuş Fərəc Quliyev qalib gəlib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: