Əli Həsənov: Ermənilər qədim və müasir tarixi saxtalaşdırırlar
01 Dekabr 2011 Cümə Axşamı 12:17
Əli Həsənov: "Ermənilər tərəfindən qədim, eyni zamanda müasir tarixin saxtalaşdırılması bütün dünyanın gözü qarşısında baş verir".
Ermənilər qədim və müasir tarixi saxtalaşdırırlar. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda "Qafqaz Albaniyasının Azərbaycanın və Qafqazın tarixində rolu" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənov bildirib ki, ermənilər tərəfindən qədim, eyni zamanda müasir tarixin saxtalaşdırılması bütün dünyanın gözü qarşısında baş verir.

PA rəsmisi bildirib ki, Ermənistan tarixçiləri özlərindən miflər uydurur və bu miflər üzərində öz tarixlərini qururlar. Bununla da onlar bütün dünyada elmi aldatmaqla məşğuldurlar.

Həsənov deyib ki, ermənilər dünyanın ayrı-ayrı siyasi ensiklopediyalarına saxta məlumatlar yerləşdirməklə, Cənubi Qafqazın tarixini saxtalaşdırırlar.

"Cənubi Qafqazın etnik strukturunu, xalqların qədimdən bu günə qədərki mədəniyyətini, məişətini, yaxşı nə varsa ermənilərin adına yazıb, onları erməniləşdirməyə çalışır, digər xalqları köçəri, mədəniyyətdən uzaq kimi qələmə verirlər", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, Cənubi Qafqazda heç bir xalq buranı tərk etməyəcək, kimsə buranı kiməsə qoyub getməyəcək.

"Biz gələcəyə baxıb tariximizi qurmalıyıq. Kim burada necə yaşayıb, buraya necə gəlib, necə gedib, bunu bilməliyik. Lakin gələcək tarixi keçmişin üzərində qurmaq olmaz", - Həsənov deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar