Əli Evsen 18 milyon avro müqabilində azad edə bilər
22 İyun 2011 Çərşənbə 21:37
Azərbaycanda geniş biznesə sahib olan türkiyəli biznesmen Əli Evsen İspaniyada həbs olunub.
İspaniyada Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin yaxın adamlarından olan Hüseyn Salam və onun oğlu Xalid Salamla birgə həbs edilən türkiyəli iş adamı Əli Evsen 18 milyon avro girov müqabilində azadlığa buraxıla bilər. Onlara qarşı “çirkli pul yuma”, rüşvət və sui-istifadə ittihamları irəli sürülüb. “Associated Press”in xəbərinə görə, Salamın 33 milyon avroluq hesabı dondurulub. Dondurulan pulları Salam ailəsinin hesablarına türkiyəli iş adamı Əli Evsen göndərib.

Adı xüsusi vurğulanan Əli Evsen isə Azərbaycanda geniş biznesə sahib olan şəxslərdəndir. Belə ki, onun adı ölkəmizdə “Star” taksi, “Elit” Ticarət Mərkəzi, “Azsamand” İran-Azərbaycan müştərək şirkəti, Şamaxıda yerləşən “Star” televizor zavodu və s. istehsalat və xidmət şirkətləri ilə bağlıdır.

Onu da vurğulayaq ki, Əli Evsenin Azərbaycanda qohumluq bağları da var. Evsen şirkətlər qrupundan aldığımız məlumata görə, onun ailəsi hadisənin baş verdiyi İspaniyaya gedib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar