Əli Əhmədov: “Rəsmi İrəvan rüsvay oldu”
10 Oktyabr 2009 Şənbə 21:55
“Baş verənlər göstərir ki, Ermənistan danışıqlar üçün etibarlı tərəfdaş deyil”
“Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Türkiyə ilə protokolların imzalanması mərasiminə gəlməməsi onu göstərir ki, İrəvan danışıqlar üçün etibarlı tərəfdaş deyil”. Bunu ANS PRESS-ə açıqlamasında YAP-ın İcra katibi, millət vəkili Əli Əhmədov deyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti mövqelərinin zəif olduğunu, haqqsızlığını dərk edir. Əli Əhmədov hesab edir ki, rəsmi İrəvan imzalanma mərasimini ləngitməklə dünya qarşısında özünü biabır etdi.
Bununla belə, hakim partiyanın İcra katibi prosesləri qiymətləndirməyin tez olduğunu bildirir. Onun fikrincə, baş verənlər Türkiyənin zərərinə nəticələnə bilməz: “Türkiyə sınacaq dövlət deyil və onu sındırmaq mümkün olmayacaq”.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: