Eldar Mahmudov hansı səbəbə görə işdən çıxarıldı?
19 Oktyabr 2015 Bazar Ertəsi 13:38
Sabiq Milli Təhlükəsizlk Naziri Eldar Mahmudov hansı səbəbə görə işdən çıxarıldı? Onu daha yüksək bir vəzifə gözləyir?
Uzun illər Milli Təhlükəsizlk Naziri kimi yüksək post tutan Eldar Mahmudov ani bir qərarla vəzifədən uzaqlaşdırıldı. Və bu dəqiqəyə kimi hər hansı bir rəsmi səbəb bildirilmədi.
 
Şərq-Qərb araşdırmalar Mərkəzinin rəhbəri, Ərəstun Oruclu hesab edir ki, Eldar Mahmudovun daha yüksək posta gətiriləcəyi il bağlı xəbərlər düzgün deyil. Bunları fantaziya məhsulu hesab edir.
 
“Turan” informasiya agentliyinin redaktoru, şərhçi Şahin Hacıyev: 
- Narazılığa səbəb Beynəlxalq Bankda baş verənlər də ola bilər. Nazirliyi də ittiham etmək olar ki, hara baxırdı, bank bir milyard manatı ona-buna paylayıb, sonra da geri heç nə qaytarılmadı. Səbəbin biri bu ola bilər. Başqa səbəb də mümkündür. Sabah ona başqa bir vəzifə də verilə bilər. Özü də kifayət qədər yüksək post verilə bilər.
 
Politoloq Zərdüşt Əlizadə:
- Hakimiyyət səmərəli iqtisadiyyat qura bilməyib, iqtisadiyyat neft-qaz gəlirləri üzərində qurulub, indi neft ucuzlaşır, çıxış yolu axtarırlar. Komandanı dəyişməklə nəyəsə nail olmaq istəyirlər. Komandanı dəyişmək lazımdır, adamların uzun müddət vəzifədə oturması düzgün deyil. Ancaq siyasəti dəyişməsə, heç bir xeyri olmayacaq.
 


DOSTLARINLA PAYLAŞ:

oyunlar