Əl-Qaidə: “Türklər müsəlmanları öldürür”
16 Avqust 2010 Bazar Ertəsi 01:05
Əz-Zəvahiri Türkiyəni İsrail ilə əməkdaşlıq edərək Əfqanıstandakı müslmanları öldürməkdə ittiham edib.
ABŞ tərəfindən dünyanın ən böyük terror təşkilatı elan olunan “Əl-Qaidə” qeyri-adi bir iddia ilə çıxış edib. ANS PRESS “Cihan” agentliyinə istinadən xəbər verir ki, təşkilatın liderlərindən biri olan Eymən əz-Zəvahiri türklərin müsəlmanları öldürdüyünü iddia edib. Əz-Zəvahiri Türkiyəni İsrail ilə əməkdaşlıq edərək Əfqanıstandakı müslmanları öldürməkdə ittiham edib.
Eymən əz-Zəvahiriyə aid bu bəyanat təşkilata aid internet saytında 20 dəqiqəlik audio yazıda səsləndirilib. Zəvahiri Türkiyə hökumətinin bir tərəfdən yardım karvanları ilə fələstinlilər qarşısında simpatiya qazandığını, digər tərəfdən də İsrail ilə hərbi əməkdaşlıq etdiyini deyib.
Zəvahiri daha sonra Qəzzaya yardım karvanında ölənlər üçün təəssüfləndiyini bildirib.
Eymən əz-Zəvahiri həmçinin ABŞ, İsrail və “xain” müsəlman dövlətlərin Qəzza embarqosu cinayətində ortaq olduqlarını iddia edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: