Əkrəm Əylisli: “Təhlükəsizliyim təmin edilməsə, xaricə getməyə məcbur ola bilərəm”
11 Fevral 2013 Bazar Ertəsi 14:51
"Hafiz Hacıyev səviyyəli adamlara qol-qanad verənlər Azərbaycan mənəviyyatının axırına çıxa bilər"
“Hafiz Hacıyev səviyyəli adamlara qol-qanad verənlər Azərbaycan mənəviyyatının axırına çıxa bilər”, - yazıçı Əkrəm Əylisli Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Əkrəm Əylislinin qulağını kəsən şəxsə 10 min manat mükafat” təyin etməsi ilə bağlı bəyanatını Turan-a şərh edərkən bildirib.

O deyib ki, normal ölkələrin hüquq-mühafizə orqanları belə bəyanatı verən şəxsləri məhkəməyə çəkər. “Amma bizdə hələ ki, hüquq- mühafizə orqanları bu adamın illərdən bəri bu sayaq sərsəm bəyanatlarına münasibət bildirməyib”, - yazıçı qeyd edib.

Ə.Əylisli Turan agentliyi vasitəsi ilə hüquq- mühafizə orqanlarını təhlükəsizliyinin təminatı ilə bağlı tədbirlər görməyə çağırıb. “Hüquq- mühafizə orqanları təsirli tədbirlər görməsə, ailəmi və özümü terrordan qorumaq üçün xaricə getmək məcburiyyətində qala bilərəm”, - o vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar