“Dağlıq Qarabağ münaqişəsinin həllinə regiondan kənar qüvvələr təsir göstərməsələr, münaqişə həll olunar”.
APA-nın məlumatına görə, bu fikirləri İran prezidenti Mahmud Əhmədinejad bu gün Bakıda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. O Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq normalara uyğun olaraq həllinə tərəfdar olduğunu vurğulayıb və bildirib ki, İran bu məsələdə səy göstərməyə hazırdır.
Mahmud Əhmədinejadın bu cavabı jurnalistləri qane etməyib və bu səbəbdən İranın Dağlıq Qarabağ münaqişəsinə münasibətinə dair təkrar suallar səslənib. Lakin İran prezidenti “mən bu sualı cavablandırmışam” deyərək əlavə fikir söyləməyib.