Əhmədinejad: “İsrail tezliklə dağılacaq”
14 İyun 2010 Bazar Ertəsi 10:05
İran prezidenti Əhmədinejad BMT TŞ-nın da sonunun başlandığını bildirib.
İran prezidenti Mahmud Əhmədinejad BMT Təhlükəsizlik Şurasını şantaj etmək üçün alət adlandıraraq onun çox yaşaya bilməyəcəyini deyib. BMT Təhlükəsizlik Şurasını İrana qarşı 4-cü qətnaməni qəbul etməkdə ittiham edən Əhmədinejad, eyni qurumun Qəzzanı mühasirədə saxlayan və 9 nəfərin həlak olması ilə nəticələnən son hadisə ilə bağlı İsrailə qarşı heç bir addım atmamaqda ittiham edib.

İran telekanalları ilə yayımlanan müsahibədə Əhmədineоad Təhlükəsizlik Şurasının bu addımını son hədd adlandıraraq, bunun təşkilatın sonunun başlanğıcı olduğunu deyib. İranın son illərdə dünya ictimaiyyəti qarşısında nüfuzunun son dərəcə artdığını deyən Əhmədinejad ötənilki prezident seçkisindən bu günə qədər İran xalqının həmişəkindən daha çox birlik nümayiş etdirdiyini deyib.

Birləşmiş Ştatlar imperiyasının dağılacağını deyən İran prezidentinin sözlərinə görə, Vaşinqtonun insanlar üzərində hakimiyyəti artıq məhv olmaq üzrədir. Əhmədinejad dünya əhalisini sionist rejminə qarşı qaldırdığı üçün İsrailin də tezliklə dağılacağını bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar