Əhməd Davudoğlu Azərbaycana təşəkkürünü bildirdi
10 Noyabr 2011 Cümə Axşamı 01:34
Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu Azərbaycandan göndərilmiş çadırlarda qalan ailələri ziyarət edib.
Qurban bayramının son günü Türkiyənin Van şəhərinə səfər edən xarici işlər naziri Əhməd Davudoğlu oktyabrın 23-də baş vermiş dəhşətli zəlzələ zamanı yardım əlini uzadan bütün ölkələrə, xüsusilə də ilk gün xilasedici qrup göndərmiş Azərbaycana təşəkkürünü bildirib. Ə. Davudoğlu 30 ölkədən, o cümlədən Azərbaycandan göndərilmiş çadırlarda qalan ailələri ziyarət edib, zəlzələnin ilk saatlarında yardım göndərmək üçün dost və qardaş ölkələrin müraciət etdiyini xatırladıb. Onun sözlərinə görə, xarici ölkələrdən 21 min 593 çadır, 100 min yorğan və digər yardımlar göndərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar