Əfv Komissiyasının iclası keçirilir
10 Mart 2010 Çərşənbə 18:00
Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının iclası başlayıb. Bu barədə APA-ya sözügedən komissiyadan məlumat daxil olub.
Sonuncu əfv fərmanından sonra komissiyaya çoxlu sayda müraciət daxil olub. Əfv Komissiyasının yaxın günlər ərzində bir neçə iclası keçiriləcək, baxılan müraciətlər əsasında yekun siyahı tərtib olunaraq dövlət başçısına təqdim olunacaq.

Ölkə prezidentinin isə Novruz bayramı ərəfəsində növbəti əfv fərmanı imzalayacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan prezidenti sonuncu dəfə 2009-cu il dekabrın 25-də əfv sərəncamı imzalayıb. Həmin sərəncam 99 məhbusa şamil olunub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar