Əfv komissiyası yenidən fəaliyyətə başlayıb
10 Dekabr 2009 Cümə Axşamı 19:30
Əfv komissiyası yenidən fəaliyyətə başlayıb. Komissiya əfvə şamil olunacaq şəxslərin siyahısı üzərində işləyir.
Əfv komissiyası yenidən fəaliyyətə başlayıb. Komissiya əfvə şamil oluna biləcək şəxslərin siyahısı üzərində işləyir. Bu sənədin yekunda prezidentə təqdim olunacağı gözlənilir. Bu barədə ANS-ə komissiyanın üzvü, millət vəkili Azay Quliyev məlumat verib.
O, qarşıdan gələn bayramlarla əlaqədar yaxın vaxtlarda əfvin olacağı ilə bağlı mətbuatda yayılan məlumatlara da konkret münasibət açıqlamaqdan çəkinib. Komissiya üzvü bunu onunla izah edib ki, əfv fərmanının imzalanması birbaşa dövlət başçısının səlahiyyətindədir və əfvin veriləcəyi tarixi də yalnız prezident müəyyən edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: