Mətbuat Şurası (MŞ) aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciənin aparıcı media vasitələrində işıqlandırılmasına dair hesabatını açıqlayıb. ANS PRESS-in məlumatına görə, MŞ-ın sədri Əflatun Amaşov bildirib ki, hesabatın tərkibində MŞ-nın 30 aprel-15 may tarixlərində qəzetlər, informasiya agentlikləri və xəbər portalları daxil olmaqla ölkənin aparıcı kütləvi informasi vasitələrinin monitorinqinin materiallarından istifadə olunub. Onun sözlərinə görə, monitorinqin keçirilməsində məqsəd, faciənin işıqlandırılması səviyyəsini müəyyənləşdirmək olub. Monitorinqə 20 qəzet, 11 informasiya agentliyi və portal daxil edilib. Monitorinq aparılan mətbu nəşrlərdə ümumilikdə 859 material dərc edilib ki, onların 725-i xəbərdir. Yerdə qalan digər 134 materialın 71-də hadisəyə dair ekspert və mütəxəssis rəyləri, 63 materialda müəllif şərhləri, subyektiv jurnalist düşüncələri yer alıb. Dərc edilən 725 xəbərin 219-u rəsmi səciyyə daşıyıb, digər 506 xəbər isə hadisə yerindəki şahidlərin ifadələrinə əsaslanıb. Mətbu nəşrlərdə gedən materialların əksəriyyəti informasiya agentlikləri və xəbər portallarından əldə olunub. Monitorinqi aparılan informasiya agentlikləri və xəbər portalarında 30 aprel-7 may tarixlərində faciə il bağlı 774 material gedib. Aparılan monitorinq nəticəsində MŞ müəyyənləşdirib ki, KİV-lərin hadisəni işıqlandırılmasında göstərdikləri diqqəti aşkar qeyri-peşəkarlıq meylləri ilə müşayiət olunub və onların ekstremal şəraitdə işləmək təcrübəsi azlğı təsdiqini tapıb. Eyni zamanda müvafiq orqanların ilk mənbə rolunda çıxış etmələri istiqamətində işlərin yaxşılaşdırılması üçün əlavə tədbirlərə ehtiycı var.
Anar Məmmədov /ANS PRESS/