Edvard Nalbandyan Minsk qruppu həmsədrlərini rəsmi Bakıdan “qorudu”
23 Oktyabr 2011 Bazar 00:37
“Biz hətta prinsiplər üzrə razılığa gələ bilmiriksə, yekun sazişin hansı əsaslarla haırlamaq olar?”.
“ATƏT-in Minsk qrupu həmsədrlərinin ünvanına çox tənqidlərin səsləndiyi Azərbaycandan fərqli olaraq, Ermənistan heç vaxt həmsədrləri boş yerə tənqid etmir. Çnüki biz BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünü vasitəçiliyə dəvət etmişiksə, onların Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli yollarının axtarıqındakı səylərini qiymətləndirməliyik”. ANS PRESS-in məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “İnterfaks” agentliyinə müsahibəsində deyib. Onun fikrincə, əsas məsələ tərəflərin özlərinin vasitəçilər tərəfindən təqdim olunan təkliflərə necə yanaşmasıdır.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəsmi Bakıdan “qoruyan” erməni nazir bildirib ki, Azərbaydan prinsiplər üzərində razılıq əldə olunmadan əsas sazişin hazırlanmasına keçilməsini istəyir: “Bu, nə danışıqlar prosesinin məntiqinə, nə də həmsədrlərin dəfələrlə ifadə etdiyi mövqeyinə uyğun gəlir. Əgər biz hətta prinsiplər üzrə razılığa gələ bilmiriksə, yekun sazişin hansı əsaslarla haırlamaq olar? Belə təəssürat yaranır ki, azərbaycanlılar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təklif etdiyi əsaslarda razılığa gəlmək istəmirlər”.
Edvard Nalbandyan bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü sülh danışıqlarında sıçrayışa səbə olmayab: “Baxmayaraq ki, ümidlər, müəyyən nikbinlik var idi. Çünki biz görüşədək müəyyən razılığa gəlmişdik. Amma təəssüf ki, Azərbaycan son anda geriyə addım atdı. Azərbaycan tərəfi əvvəlcədən razılışdırılmış mətnə 10 düzəliş təklif etdi”.
Ermənistanın xarici işlər naziri deyib ki, sülh danışıqları davam etdirilir və bu yolun alternativi yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: