Edvard Nalbandyan iyulun 16-da Elmar Məmmədyarovla görüşəcəyini istisna etmir
05 İyul 2010 Bazar Ertəsi 01:00
“Tərəflər danışıqları Madrid prinsiplərinin yenilənmiş variantı çərçivəsində davam etdirmək barədə razılığa gəliblər”.
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşü iyulun 16-da ATƏT-in qeyri-formal sammiti çərçivəsində keçirilə bilər. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvandakı mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin Sankt-Peterburqdakı görüşündən sonra tərəflər danışıqlar prosesində müəyyən mərhələyə çatıblar və danışıqları Madrid prinsiplərinin yenilənmiş variantı çərçivəsində davam etdirmək barədə razılığa gəliblər: “Bir neçə gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfər etdilər və onlarla danışıqların məhz bu razılaşmalar əsasında davam etdirilməsi imkanları müzakirə edilib. Eləcə də iyulun 16-da ATƏT-in qeyri-rəsmi sammiti çərçivəsində nazirlər səviyyəsində görüşün təşkil edilməsi imkanları barədə fikir mübadiləsi aparılıb”.
Erməni nazir bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrinin prezidentlərinin Kanadadakı bəyanatı danışıqlar prosesində müşhüm mərhələ və ona özünəməxsus dəstəkdir: “Səsləndirilən razılaşmalara görə, biz həmsədlərlə bərabər birgə səylərləri yaxın vaxtlarda davam etdirməliyik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: